Bank Of Baku

Niderland “Eurovision-2011” mahnı müsabiqəsindəki təmsilçisini indidən müəyyənləşdirib - FOTO

Niderland “Eurovision-2011” mahnı müsabiqəsindəki təmsilçisini indidən müəyyənləşdirib - <font color=red>FOTO</font>
# 16 iyul 2010 10:21 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Gələn ilin mayında Almaniyada keçiriləcək “Eurovision-2011” mahnı müsabiqəsinin ilk təmsilçi açıqlanıb. APA-nın müsabiqənin rəsmi saytına istinadən yaydığı məlumata görə, təmsilçisini seçən ilk ölkə Niderlanddır. Bu ölkəni “Eurovision-2011” müsabiqəsində “3Js” qrupu təmsil edəcək. Qrup üçün ilin sonunadək beş mahnı yazılacaq. İlin sonunda həmin mahnılar arasından birinin seçilməsi üçün milli festivalın keçirilməsi nəzərdə tutulur. Osloda keçirilən 55-ci “Eurovision” müsabiqəsində Niderlandı təmsil edən ifaçının zəif çıxışı və finala çıxa bilməməsi səbəbindən bu il ölkə daha güclü təmsilçi seçmək qərarına gəlib.

Qeyd edək ki, “3 Js” qrupu 2002-ci ildən fəaliyyət göstərir, peşəkar səhnəyə isə 2007-ci ildə “Watermensen” albomu ilə çıxıb. Qrup üç üzvdən - Yan Dulles, Yaap Kvakman və Yaap de Vayttdan ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR