Bank Of Baku

Dünyanın ən məşhur musiqi kanalı olan “MTV” Azərbaycanda uzunmüddətli layihə həyata keçirəcək - FOTO

Dünyanın ən məşhur musiqi kanalı olan “MTV”  Azərbaycanda uzunmüddətli layihə həyata keçirəcək - <font color=red>  FOTO</font>
# 16 iyul 2010 14:15 (UTC +04:00)
APA-nın məlumatına görə, bununla əlaqədar olaraq bu gün ölkəmizdə səfərdə olan “MTV”-nin Avrasiya üzrə regional direktoru Metyu Qoldsteyn mətbuat konfransı keçirib. MTV rəsmisi bildirib ki, təmsil etdiyi kanalın xətti ilə Azərbaycanda üç illik festival reallaşdırılacaq. Bu festival çərçivəsində dünya musiqisinin ən populyar simaları Bakıda görüşəcək. Bu silsilədən ilk tədbirin avqustun 13-də keçirilməsi planlaşdırılır. Həmin gecənin qonaqları sırasında Dan Balan və vokalist Mayra Munez (Miss Salvador) olacaq. Onun sözlərinə görə, bu festival eynilə Azərbaycandan əvvəl Rusiya, İspaniya, Malta və digər ölkələrdə həyata keçirilib. Metyu Qoldsteyn bildirib ki, bu silsilədən ikinci tədbir payızda sentyabrın son həftəsində keçiriləcək. “Pussycat Dolls” qrupunun üzvləri ölkəmizdə konsert layihəsi reallaşdıracaqlar. Oktyabrın 31-də isə festival çərçivəsində beynəlxalq moda festivalı baş tutacaq: “Moda festivalına Gürcüstandan, Rusiyadan, Amerikadan mütəxəssislər, dizaynerlər dəvət olunacaq. Dünyanın ən məşhur brendləri burada təmsil olunacaq. Bundan əlavə Azadlıq meydanında böyük konsert layihəsi reallaşdırmaq istiqamətində danışıqlar gedir. Festival müddətində dünya ulduzlarının, MTV-nin əhatə dairəsində olan musiqiçilərlə görüşün də keçirilməsi nəzərdə tutulur: “Buraya Toni Brekson kimi məşhur adların da dəvəti istisna deyil. Eyni zamanda MTV dünyanın bir sıra ən populyar ulduzlarının karyerasını başladığı məkandır”. Azərbaycanın zəngin musiqi tarixi olduğunu söyləyən qonaq belə bir ölkədə bu layihənin gerçəkləşdirilməsinin uğurlu nəticələrə gətirəcəyinə əminliyini ifadə edib. Azərbaycanda keçiriləcək bu festivalın məşhur MTV kanalında da nümayişi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR