Bank Of Baku

MTV rəsmisi Metyu Qoldsteyn: “ “MTV Azərbaycan” kanalının açılması istiqamətində danışıqlar gedir”

MTV rəsmisi Metyu Qoldsteyn: “ “MTV Azərbaycan” kanalının açılması istiqamətində danışıqlar gedir”
# 16 iyul 2010 14:54 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında ölkəmizdə səfərdə olan “MTV”nin Avrasiya üzrə regional direktoru Metyu Goldsteyn deyib. O bildirib ki, MTV kanalının Azərbaycanda da fəaliyyətə başlaması vaxtında atılmış bir addım olacaq: “Fikrimcə, Azərbaycan musiqi sevən və əsil musiqiyə qiymət verməyi bacaran bir ölkədir. Biz kanal olaraq Azərbaycanda bir sıra layihələr həyata keçirməyi düşünürük. “MTV Azərbaycan” kanalında dünyanın bütün musiqi örnəklərindən istifadə olunacaq. “MTV Azərbaycan”da rus pop, hip-hop janrında musiqilər səslənəcək. Təbii ki, Azərbaycan musiqilərinə də yer veriləcək. MTV-nin Azərbaycanda açılması üçün potensialınız çox güclüdür. Amma kanalın nə vaxt açılacağına dair dəqiq tarix deyə bilmərim”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR