Bank Of Baku

Dünyanın ən çox qazanan musiqiçilərinin reytinqi açıqlanıb - FOTO

Dünyanın ən çox qazanan musiqiçilərinin reytinqi açıqlanıb - <font color=red>FOTO</font>
# 20 iyul 2010 12:36 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Dünyaca çox məşhur “Forbes” jurnalı dünyanın ən çox qazanan musiqiçilərinin reytinqini müəyyənləşdirib. APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, reytinqdə ilk pillədə “U2” qərarlaşıb. Belə ki, sözügedən qrup 2009-cu ilin iyunundan 2010-cu ilin iyununadək 130 milyon dollar qazanıb. Ən maraqlısı odur ki, jurnalın ötən ilki reytinqində bu qrupun adına rast gəlinmirdi. “AC/DC” rokerləri son bir ildə 114 milyon dollar qazanmaqla, bu siyahının 2-ci pilləni tutublar. Dünyanın ən çox qazanan musiqiçilərinin reytinqi müəyyənləşdirən siyahıda ilk üçlüyü müğənni Beyons tamamlayıb. Məşhur müğənninin son 12 aydakı gəliri 87 milyon dollar təşkil edib. 4-cü pillədə ötən il olduğu kimi bu il də Bryus Sprinqst qazanıb. Əldə etdiyi 70 milyon dollar gəlir onu siyahının dördüncüsü edib. Siyahının 5-ci pilləsində 64 milyon qazanan Britni Spirs qərarlaşıb. Bir çox ölkə müğənnilərinin həsəd apardığı və çoxsaylı pərəstişkar ordusuna sahib olan Ledi Qaqa 62 milyonla 6-cı pillədədir. Ötən ilki reytinqdə lider olmuş Madonna bu il 58 milyon dollar qazanc əldə edə bilib. Bu, onu dünyanın ən çox qazanan musiqiçiləri sırasında 7-ci yerə endirib. Sonrakı 3 yeri Kenni Çesni (50 milyon), hər biri 48 milyon qazanan “Black Eyed Peas” və Coldplay tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR