Bank Of Baku

“Eurovision” müsabiqəsi tarixində ən çox pərəstişkara sahib olan 25 iştirakçısının adı açıqlanıb – FOTO

“Eurovision” müsabiqəsi tarixində ən çox pərəstişkara sahib olan 25 iştirakçısının adı açıqlanıb – <font color=red> FOTO </font>
# 20 iyul 2010 14:15 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. 55 illik tarixə malik olan “Eurovision” yarışmasının iştirakçısı olan və ən çox pərəstişkara sahib olan 25 müğənninin adının yer aldığı siyahı tərtib olunub. APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə,internet - sosial şəbəkələrində ən çox pərəstişkara sahib olan müğənni 1988-ci ildə bu müsabiqənin iştirakçısı və qalibi olan Selin Diondur. Onun “facebook” sosial şəbəkəsində pərəstişkarının sayı 1,1 milyondan artıqdır. Bu reytinq cədvəlində II yeri bu il Türkiyəni sözügedən müsabiqədə təmsil edən və ikincilik qazanan “MaNga” rok qrupu tutur. Qrup təxminən 800.000 pərəstişkara sahibdir. Üçüncü yerdə “Eurovision”un 1974-cü ildə qalibi olmuş əfsanəvi “ABBA” qrupu qazanıb. Belə ki, sözügedən qrupun fanatlarının sayı 400.000-ə çatır. Müsabiqənin builki qalibi Lena Mayer isə 365,914 pərəstişkar sayı ilə siyahıda dördüncü yerdədir. 2004-cü ildə Makedoniyanı müsabiqədə təmsil edən Tose Proesk (257,184) beşinci, 2004 və 2009-cu illərdə Yunanıstanı bu müsabiqədə təmsil edən Sakis Rouvas (193,802) altıncı, 1999-cu ildə Bosniya və Hersoqovinanı bu müsabiqədə təmsil edən Dino Merlin (173,057) yeddinci, 2005-ci ildə Yunanıstanı təmsil edən Elena Paparizou (106,375) səkkizinci, 2008-ci ildə Türkiyəni təmsil edən “Mor və ötesi” qrupu (103,470) pərəstişkar sayına görə doqquzuncu yerdə qərarlaşıb. Bu siyahıda “Eurovision” tarixində rekord nəticə ilə qalib olan Aleksandr Rıbak 98,797 pərəstişkarla 11-ci yerdədir. “Eurovision” müsabiqəsində üç illik təcrübəsi olan Azərbaycandan isə təmsilçilər arasında “Eurovision-2009” müsabiqəsində ölkəmizi təmsil edən Araş bu siyahıda 61,069 pərəstişkar sayı ilə 17-cidir. Siyahıda ən çox pərəstişkara sahib olan 25 müsabiqə iştirakçısı qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR