Bank Of Baku

Azərbaycanı Yurmala müsabiqəsində təmsil edən “Milk&Kisses” qrupunun üzvləri səfir Tofiq Zülfüqarovla görüşüblər – FOTO

Azərbaycanı Yurmala müsabiqəsində təmsil edən “Milk&Kisses” qrupunun üzvləri səfir Tofiq Zülfüqarovla görüşüblər – <font color=red>FOTO </font>
# 22 iyul 2010 11:17 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Yurmalada “Yeni dalğa-2010” musiqi yarışmasının təntənəli açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, mərasimə Azərbaycanı bu yarışmada təmsil edən “Milk&Kisses” qrupu da qatılıb. Qrup üzvləri Dilarə Kazımova və Fəridə Nelson Azərbaycan Latviyadakı səfiri Tofiq Zülfüqarovla görüşüblər. Onlar səfirlə görüşdən məmnunluqlarını dilə gətiriblər və bu beynəlxalq festivalda Azərbaycanı layiqincə təmsil edəcəklərini bildiriblər.

Açılışda hər il olduğu kimi, bu ildə ənənəvi olaraq təmsilçilər plitə üzərində fiqurlar çəkib və hər təmsilçi öz ürək sözlərini yazıb. Bununla da müsabiqə iştirakçıları “Yeni dalğa”nın tarixinə öz adlarını həkk ediblər. Azərbaycan təmsilçiləri bu plitə üzərində buta və butanın içində Azərbaycanın odlar yurdu olduğunu göstərən üç od təsviri çəkiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR