Bank Of Baku

Avropanın tanınmış musiqiçiləri Bakıda “Yay sevgisi” adlı konsertlə çıxış edəcəklər

Avropanın tanınmış musiqiçiləri Bakıda “Yay sevgisi” adlı konsertlə çıxış edəcəklər
# 22 iyul 2010 12:59 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Avropanın tanınmış musiqiçiləri David Tavae (İspaniya) və Cenni Peterson-Velvet (İsveç) Bakıda konsert proqramı ilə çıxış edəcəklər. Təşkilatçı şirkətdən APA-ya verilən məlumata görə, konsert avqustun 14-də “Summer live” (“Yay sevgisi”) adı altında reallaşacaq. Konsertdən sonra xaricdən məxsusi olaraq bu konsert üçün dəvət olunan tanınmış dj-in iştirakı ilə diskoteka təşkil ediləcək.

Qeyd edək ki, ispaniyalı David Tavare pop, xaus və eurodance janrında çıxış edən müğənni və dj-dir. 1984-cü ildə İspaniyada anadan olub.

İsveçli Velvetin isə "Mi Amore" hiti və "Finally" albomu gənclər arasında çox məşhurdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR