Bank Of Baku

İbrahim Tatlısəs və Sərdar Ortac azərbaycanlı müəlliflərin mahnısını oxuyacaq

İbrahim Tatlısəs və Sərdar Ortac azərbaycanlı müəlliflərin mahnısını oxuyacaq
# 22 iyul 2010 13:39 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Türk sənətçiləri İbrahim Tatlısəs və Sərdar Ortac azərbaycanlı müəlliflərin mahnısını oxumağa hazırlaşır. Bu mahnıların sözləri Baba Vəziroğluna məxsusdur. Bu barədə APA-ya əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu məlumat verib. O, bildirib ki, Tarkandan sonra sözügedən sənətçilər müəllifin albomu ilə tanış olduqdan sonra mahnı seçimini ediblər.

O bildirib ki, həmin mahnılar xalq artisti Alim Qasımovun son bir ildə repertuarına daxil olan “İlahi” və müğənni Elnurun ifasında olan “Gəlsən də, gəlməsən də” mahnılarıdır. B. Vəziroğlunun sözlərinə görə, türk sənətçiləri ilə müəlliflərin yaradıcılıq əməkdaşlığının koordinatoru konsertin təşkilatçısı Nahid Emiloğlu olub. Hazırda hər iki tərəf mahnının yazılması istiqamətində danışıqlar aparır: “Mahnılar türklər tərəfindən qavranılsın deyə, sözlərində cüzi dəyişiklik nəzərdə tutulub ki, bu da, müəlliflərin müdaxiləsi nəticəsində olacaq. Tarkanın hazırda lentə yazdırmağa hazırlaşdığı mahnı Mərkəzi Asiya ölkələrində məşhur olan mahnılardan biri – “Səndən nigaranam”dır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR