Bank Of Baku

Flora Kərimova: “Bütün varlığımla yaşamaq istəyirəm” – FOTO

Flora Kərimova: “Bütün varlığımla yaşamaq istəyirəm” – <font color=red> FOTO </font>
# 23 iyul 2010 13:23 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Altmış doqquzundan qorxmayan, yetmişin nəyindən qorxsun. Bu ad günümdə qızımdan qız övladı görməyi arzu edirəm. Oğlan da olar, amma qız övladını daha çox arzulayıram”. Bu sözləri APA-ya açıqlamasında bu gün 69 yaşını qeyd edən Azərbaycanın xalq artisti Flora Kərimova deyib. Xalq artisti bu yeni yaşın ona müdriklik gətirməsini istəyib: “İstərdim ki, yaşım mənə müdriklik gətirsin. Yaşım hər zaman gözlədiyim bir şeylərə bəzək gətirsin. Cavanlarımızın toyunda oynamaq istəyirəm. Ötən ilki doğum günümdən bu vaxta qədər geridə qalan bir il günüm məhkəmələrdə keçib. İnşallah çözüləcək, düşünürəm ki, bu tezliklə olacaq. Səhhətimdə heç nə dəyişmədi, bir problemlə üzləşmədim. Bütün varlığımla bu havanı udmaq istəyirəm, bütün varlığımla bu günümə sevinmək istəyirəm, bütün varlığımla yaşamaq istəyirəm. Artıq özümə pay kimi yox, əzizlərimin xoş paylarını görmək istəyirəm, onlarla birgə sevinmək istəyirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR