Bank Of Baku

Mənsum İbrahimov 50 illik yubileyinə hazırlaşır – FOTO

Mənsum İbrahimov 50 illik yubileyinə hazırlaşır – <font color=red>FOTO </font>
# 23 iyul 2010 14:08 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, xalq artisti Mənsum İbrahimov 50 illik yubileyini qeyd edəcək. Bu barədə APA-ya məlumat verən muğam ifaçısı bildirib ki, hələlik yubileylə bağlı hansı tədbirlərin keçiriləcəyini bilmir. O, yubiley münasibətilə həyat və yaradıcılığını əks etdirən kitab hazırlandığını söyləyib. Mustafa Çəmənlinin qələmə aldığı kitab “Məcnunun Məcnunu” adlanır. Kitabın təqdimat mərasiminin sentyabrda keçirilməsi nəzərdə tutulur.

M. İbrahimov bu yaxınlarda pedaqoji fəaliyyətlə məşğul olduğu Azərbaycan Milli Konservatoriyasının dosenti olduğunu da açıqlayıb: “Bunu pedaqoji fəaliyyətimdə önəmli hadisə kimi dəyərləndirirəm. Çünki mən ifaçılıqla yanaşı, müəllimliyə də böyük önəm verirəm. Ona görə də bu, mənim üçün böyük uğurdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR