Bank Of Baku

Əbülfəs Qarayev: “Heç kəs gözləməməlidir ki, teatrda aparılan islahatlar çərçivəsində hər şey hamar gedəcək”

Əbülfəs Qarayev: “Heç kəs gözləməməlidir ki, teatrda aparılan  islahatlar çərçivəsində hər şey hamar gedəcək”
# 16 avqust 2010 15:04 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Biz teatr sektorunda daxili islahatlara başlamışıq və heç kəs gözləməməlidir ki, islahatlar çərçivəsində hər şey hamar gedəcək. Kiminsə peşəkarlıq səviyyəsinə tənqidi baxış ola bilər. Teatrlarda bu islahatlara hazır olmayan aktyorların olması da mümkündür. Buna təəccüblənmək lazım deyil, təbii prosesdir, bunlar axarına düşəcək, zaman bunları yerinə qoyacaq. Ancaq biz bu islahatlardan vaz keçən deyilik”. Bu sözləri APA-nın sualını cavablandırarkən mədəniyyət v turizm naziri Əbülfəs Qarayev son zamanlar Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru Cənnət Səlimova ilə aktyor Nicat Kazımov arasında baş verən narazılığa münasibət bildirərkən deyib. Nazir bildirib ki, Gənc Tamaşaçılar Teatrında cəmi bir il fəaliyyət göstərən kollektiv bu müddət ərzində maraqlı işlər təqdim edə bilib: “Sözsüz ki, çətinliklər olacaq. Ancaq biz bu işi davam etdirəcəyik. Rus Dram Teatrında da müəyyən dəyişiklər etmişik və uğurlu nəticələr artıq görünür. Son dövrlər baş verənlər isə teatr daxili məsələlərdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR