Bank Of Baku

“Boney M” qrupu Azərbaycanda konsert proqramı ilə çıxış edəcək - FOTO

“Boney M” qrupu Azərbaycanda konsert proqramı ilə çıxış edəcək - <font color=red>FOTO</font>
# 18 avqust 2010 13:27 (UTC +04:00)
Konsertin təşkilatçısı olan “Studiya 2 Night club & Resort”dan APA-ya verilən məlumata görə, konsert avqustun 28-də Mərdəkandakı “Aguapark”da keçiriləcək.

Təşkilatçı şirkətdən o da bildirib ki, bir neçə il əvvəl məşhur qrup dağılıb və qrupun dörd üzvündən Liz Mitchell, Marcia Barrett və Maizie Williams qrupdan ayrılıblar. Hazırda “Boney M” qrupunda keçmiş heyətindən ancaq Bobbi Farrell qalıb. Elə bu səfərdə yeni üç qrup üzvü ilə bərabər Bobbi Farrell də Azərbaycan tamaşaçısı qarşısında çıxış edəcək.

Bu, qrupun Azərbaycana ikinci səfəridir. Qrup 6 nəfərdən ibarət heyətlə konsertdən bir gün əvvəl - avqustun 27-də Azərbaycana gələcək. Biletlər yerindən asılı olaraq 50-80-120 manata satışa çıxarılıb. Konsertdən sonra dj Chinanın iştirakı ilə gənclər üçün xüsusi diskotekanın təşkili nəzərdə tutulur.

Qeyd edək ki, məşhur “Boney M” qrupu 1975-ci ildə alman prodüseri Frank Farian tərəfindən yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR