Bank Of Baku

Sumqayıtda keçiriləcək rok konsertində “Brazzaville” ilə yanaşı “Qara Dərviş” rok qrupu da çıxış edəcək

Sumqayıtda keçiriləcək rok konsertində “Brazzaville” ilə yanaşı “Qara Dərviş” rok qrupu da çıxış edəcək
# 20 avqust 2010 08:55 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Avqustun 25-də Sumqayıt şəhərində Dənizkənarı Parkda məşhur amerikan rok qrupu “Brazzaville”nin iştirakı ilə keçiriləcək rok gecəsində Sumqayıt qrupu da iştirak edəcək. Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsindən APA-ya verilən məlumata görə, təşkilatçılar konsertin daha maraqlı olması məqsədilə tədbirdə yerli rok qrupun – Sumqayıt şəhər Cəfər Cabbarlı adına Mədəniyyət Evində özfəaliyyət kollektivi kimi məşq edən “Qara Dərviş” qrupunun çıxışını da nəzərdə tutublar. “Qara Dərviş” rok qrupunun əsası sumqayıtlı gənclər tərəfindən qoyulub. Mahnılarını Azərbaycan dilində ifa edən qrupun repertuarı Nəsiminin, Füzulinin qəzəlləri əsasında formalaşıb.

Xatırladaq ki, rok konsert avqustun 25-də Nəsimi adına Mədəniyyət və İstirahət Parkının estrada səhnəsində başlayacaq. Konsertə giriş pulsuzdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR