Bank Of Baku

Amerikanın “Brazzavil” rok qrupu Bakıda konsert verəcək

Amerikanın “Brazzavil” rok qrupu Bakıda konsert verəcək
# 20 avqust 2010 15:59 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Avqustun 23-29-da ABŞ-ın “Brazzavil” rok qrupu Azərbaycanda səfərdə olacaq. Bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib. Beş üzvdən ibarət “Brazzavil” qrupu avqustun 24-də Bakı Caz Mərkəzində, avqustun 27-də Azərbaycan Dillər Universitetində konsert proqramları ilə çıxış edəcək. Qrupun avqustun 25-də Sumqayıt şəhərinin dənizkənarı bulvarında, avqustun 28-də isə “Xəzər Golden Beach” istirahət mərkəzində çıxışı nəzərdə tutulub.

Qeyd edək ki, “Brazzavil“ qrupu Devid Artur Braun tərəfindən 1997-ci ilin sonlarında təsis olunub. Qrupun İspaniya, Rusiya və Türkiyədə də üzvləri var. Bütün ifaçılar Amerika vətəndaşlarıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR