Bank Of Baku

Alim Qasımov və Fərqanə Qasımova Almaniyada konsert veriblər

Alim Qasımov və Fərqanə Qasımova Almaniyada konsert veriblər
# 23 avqust 2010 14:18 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Xanəndələr Alim Qasımov və qızı Fərqanə Qasımova Almaniyanın Osnabruq şəhərində keçirilən “Morgenland” beynəlxalq musiqi festivalında iştirak ediblər. A. Qasımov APA-ya açıqlamasında festival çərçivəsində iki konsert proqramı ilə çıxış etdiklərini deyib. Bu konsertlərdən biri alman simfonik orkestri, ikincisi isə öz musiqiçiləri ilə birgə olub: “Konsertlərimizdən sonra xüsusi disk də hazırlanıb və artıq işıq üzü görüb”.

On gün Almaniyada qalan xanəndələr səfər çərçivəsində daha bir təklif alıblar. Almaniyada islam mədəniyyəti ilə bağlı Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadəyə mahnı sifariş olunub, bu mahnını ifa etmək isə F. Qasımovaya həvalə oluna bilər.

A. Qasımov 18-22 sentyabr tarixlərində İngiltərədə səfərdə olacaqlarını da açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR