ABŞ-da yaşayan müğənni-aktrisa Firəngiz Rəhimbəyova: “Ürəyim Bakıda qalıb” - MÜSAHİBƏ - FOTOSESSİYA
- Uzun illərdir, Amerikada yaşayırsınız. İnsanların qibtə ilə baxdığı Amerika şou-biznesi, eləcə də kinosuna çox yaxınsınız. Amerikada yaradıcılığınızı davam etdirirsinizmi? Əgər davam etmirsinizsə səbəb nədir?
- Əlbəttə ki, mən Amerika populyar mədəniyyət və kino mühitində olsam da, inanın ki, nə vaxtsa Amerikanın estrada və pop ulduzuna, ya da kino kumirinə çevriləcəyimlə bağlı hər hansı illüziyam yoxdur. Düzdür, Los-Anceles və ABŞ-ın bəzi digər şəhərlərindəki populyarlığımdan şikayətçi deyiləm. Bu populyarlıq bütün Amerikanı əhatə etməsə də, mənə əziz olan kifayət qədər insanın – Azərbaycandan və keçmiş SSRİ-nin digər ölkələrindən gələnlərin əhatəsindəyəm. Mən öz yaradıcı taleyimdən məmnunam. Amerika şou-biznesindəki yerimi özümü aldatmadan, ayıq başla qiymətləndirirəm və minlərlə insanı stadionlara, zallara topladığıma dair Bakıda şayiə yaymağa çalışmıram. Məni sevən və qiymətləndirən, miqyası heç də kiçik olmayan dairə mənə kifayət edir.
- Azərbaycan kinosu, teatrı və şou-biznesi kənardan Sizə necə görünür?
- Kino haqqında heç nə deyə bilmərəm, çünki bizdə müasir kino demək olar ki, yoxdur. Teatr... Bilmirəm, Vətənə xeyli vaxtdır getmirəm və təbii ki, heç nə izləməmişəm. Saytlarda Azərbaycandakı teatr premyeralarının çəkilişlərini axtarsam da, tapa bilmirəm. Mənə şou-biznes daha tanışdır və internet saytları vasitəsilə bu sahəni izləmək imkanım var. Prinsipcə pis heç nə deyə bilmərəm. İnkişaf mərhələsi elə belə də olmalıdır – öz əyər-əskikliyi ilə. Hər şey zamanla qaydasına düşəcək və inanıram ki, Azərbaycanın musiqi mədəniyyəti hələ dünyanı təəccübləndirəcək.
- ABŞ-da kinoya çəkilməklə bağlı və ya başqa bir sahədə hər hansı təklif almısınızmı?
- Bəli, məni ekspert kimi rejissor Entoni Hoffmanın baş rollarını Kerri-Enn Moss və Vel Kilmerin oynadığı “Qırmızı planet” fantastik filminə, həmçinin rusiyalı qaydasız döyüş ustası Oleq Taktarovun Kriss Kleyn, Rebekka Romin, Cin Reno kimi Hollivud ulduzları ilə birgə çəkildiyi “Rollerboll” filminə dəvət ediblər.
- Amerikadakı fəaliyyətiniz barədə bir az ətraflı danışmağınızı istərdik. Məsələn, yaradıcı insanlarla dostluq əlaqələri qura bilmisinizmi?
- Xatırlatmaq istərdim ki, mən təsadüfən Amerikada deyiləm, ailəmlə qovuşmaq arzusu ilə bura gəlmişəm. Böyük bacım və dayım öz ailələri ilə uzun müddətdir Amerikada yaşayırlar. Amerikaya köçməzdən əvvəl iki dəfə onların qonağı olmuşdum. Qayıtdıqdan sonra möhkəm darıxırdım. Nəhayət, çətinliklə də olsa qərar verdim ki, ailə bir arada olmalıdır. Və getdim. Burada hazırkı həyat yoldaşımla qarşılaşdım. Siz də anlayırsınız ki, sevərkən və öz ailənə dəyər verərkən ikinci dərəcəli şeyləri qurban verməyi bacarmaq lazımdır. Unutmayın ki, mən azərbaycanlıyam və Azərbaycan qadınının ən yaxşı ənənələri ilə tərbiyə olunmuşam. Gənc və gözəl bir qadın kimi yüz dəfə özümə karyera qura bilərdim, lakin ailəm və mənə doğma olan kişi mənim üçün daha önəmli idi. İndi - gözəl və ağıllı bir qız böyüdüb ərə verdikdən sonra öz yaradıcılığımla məşğul olmağa mənəvi haqqım çatır. Hazırda elə bununla məşğulam və həyat yoldaşım da mənə hər cür dəstək verir. İnanın ki, mən yaradıcılıqla pul qazanmaq üçün məşğul olmuram. Yaradıcılıq mənim mahiyyətimdir. Razılaşın ki, xoşbəxt bir ailə qurmaq üçün heç də az istedad tələb olunmur. Həyat yoldaşımla bərabər kino və şou-biznes ulduzlarının da olduğu çox geniş çevrəmiz var və yüzlərlə təklif alırdım. Lakin mən başqa bir yol seçdim və öz seçimimdən məmnunam. Amerika üfüqlərində ulduz kimi parlamaq üçün hələ gec deyil, ancaq məni öz Vətənim, onun mədəniyyəti, həyatı, motivləri özünə çəkir...
- ABŞ-a şəxsi həyatınızla bağlı getdiyinizi söylədiniz. Bundan heç təəssüf hissi keçirdinizmi?
- Yox. Taleyim belə gətirdi. Lakin etiraf edirəm ki, ürəyim Bakıda qalıb. Doğma şəhərimi tez-tez yuxuda görürəm... Bakıda doğmalarım demək olar ki, qalmasa da, çoxlu dostlarım və pərəstişkarlarım var. Sentyabrda Bakıya gəlməyi planlaşdırıram.
- Azərbaycanda kinoya çəkilmək üçün heç təklif almısınızmı?
- Çox təəssüf ki, yox. Xeyli vaxt gözlədim ki, “Bəxt üzüyü” filminin zəngin fanatları maddi dəstək verərək rejissor Ramiz Əzizbəylini filmin ikinci seriyasını çəkməyə ruhlandıracaqlar. İkinci seriyanın ssenarisi çoxdandır rejissorun əlindədir.
- Azərbaycana qayıdaraq yaradıcılıqla məşğul olmaq planınız varmı? Təklif alsanız Vətənə qayıdarsınız?
- Bu, mənim üçün ağrılı sualdır... Yəqin ki, uzun müddət üçün qayıda bilmərəm. Lakin bundan sonra tez-tez Bakıya gəlmək niyyətindəyəm.
- Hazırda Amerikada nə işlə məşğulsunuz?
- Əsasən yaradıcılıqla. Elitar publikanın gecələrində konsertlər verirəm. Yeni mahnılar yazdırıram və albom hazırlayıram. Bundan başqa, mənim özümün xırda biznesim var. Həyat yoldaşımın böyük biznesində də ona kömək edirəm. O, mənə qulaq asır. Məmnuniyyətlə ev təsərrüfatı ilə məşğul oluram. Yəni kifayət qədər iş var.
- Azərbaycan diasporu ilə birlikdə həyata keçirdiyiniz “Novruz bayramı” layihəsindən sonra yeni layihə üzərində işləyirsinizmi?
- Bəli. Musiqimizin korifeyi Çingiz Sadıxov, amerikalı media maqnatı, keçmiş bakılı Devidson, eləcə də Azərbaycan şou-biznesinin tanınmış nümayəndələri ilə “Platin disk” Azərbaycan Mükafatının təqdimatını hazırlayırıq. Bu cür təqdimatlar dünyanın bütün ölkələrində keçirilir. Hesab edirəm ki, bu tədbir çox təntənəli və nüfuzlu bir tədbir olacaq. Bununla əlaqədar sentyabrda Bakıya gəlməyi planlaşdırıram. Bakıda çıxışlarım da ola bilər.
- Los-Anceles erməni diasporunun ən aktiv olduğu yerdir. Bundan qaynaqlanan hər hansı problemlə üzləşmisinizmi?
- Bilirsiniz, Amerikada insanlar başqa prinsiplərlə yaşayır. Bura millətlərarası münasibətləri ayırd etmək yeri deyil. Mənim anlayışıma görə, incəsənət adamları xüsusi insanlardır və öz sənətləri ilə insanlara sevinc, xoşbəxtlik bəxş edərək dünyada sülhə töhfə verirlər.
Şou-biznes
Xəbər Lenti
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib