Bank Of Baku

Amerikanın “Brazzaville” rok qrupu Sumqayıtda konsert verib

Amerikanın “Brazzaville” rok qrupu Sumqayıtda konsert verib
# 26 avqust 2010 12:05 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Sumqayıtda Amerikanın məşhur rok qrupu “Brazzaville” və yerli “Qara Dərviş” qrupunun birgə konserti keçirilib. APA-nın məlumatına görə, ABŞ-ın Azərbaycandakı səfirliyi və Sumqayıt şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən konsert Nəsimi adına Dənizkənarı Parkda yerləşən yay estrada səhnəsində təşkil edilib. İki saatdan artıq davam edən konsert gənclərin rəqsləri və davamlı alqışları ilə müşayiət olunub.

Qeyd edək ki, “Brazzaville” qrupu 1997-ci ildə qrupun rəhbəri və solisti Devid Braun tərəfindən yaradılıb. Ötən müddətdə qrupun 6 musiqi albomu çıxıb. Əsası sumqayıtlı gənclər tərəfindən qoyulan “Qara Dərviş” qrupunun ilk solo konserti isə sentyabrın 12-də Sumqayıt şəhər C. Cabbarlı adına Mədəniyyət Evində baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR