Bank Of Baku

Mustafa Sandalın həyat yoldaşı “Eurovision-2011” müsabiqəsində Türkiyəni təmsil etmək istəyir

Mustafa Sandalın həyat yoldaşı “Eurovision-2011” müsabiqəsində Türkiyəni təmsil etmək istəyir
# 30 avqust 2010 13:43 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Türkiyəli sənətçi Mustafa Sandalın serbiyalı həyat yoldaşı Emina Yahoviç “Eurovision-2011” mahnı müsabiqəsinə qatılmaq niyyətindədir. APA-nın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, Emina yerli mətbuata açıqlamasında “Eurovision-2011” müsabiqəsində Türkiyəni təmsil etmək istədiyini deyib. O bildirib ki, bu arzusunu gerçəkləşdirmək üçün hazırda yeni mahnı üzərində işləyir. Serbiyalı müğənni iki dildə hazırlanacaq bu mahnının onun üçün yaxşı təbliğat vasitəsi olacağına ümid bəsləyir.

Qeyd edək ki, E. Yahoviç ötən il “Eurovision-2010” müsabiqəsində iştirak etmək üçün Serbiyanın milli finalında iştirak edib, lakin uğur qazana bilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR