Bank Of Baku

Yaşar Nuri: “60 yaşdan qorxmuram” – FOTO

Yaşar Nuri: “60 yaşdan qorxmuram” – <font color=red>FOTO</font>
# 03 sentyabr 2010 08:34 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Ömürdür, keçib gedir. 59 yaşım tamam olur, 60-a qədəm qoyuram. 60 yaşdan heç qorxmuram. Əsas odur ki, hər şey əladır”. Bu sözləri APA-ya açıqlamasında 59 yaşını qeyd edən Azərbaycanın xalq artisti Yaşar Nuri deyib. Y. Nuri doğum gününü iki teatrın səhnəsində qeyd edəcəyini deyib: “Bu gün Musiqili Komediya Teatrında və Kukla Teatrında məşqlərim var. Yəni bu gün də səhnədə olacağam. Ad günümü isə öz ailəmlə beş dəqiqə oturub qeyd edəcəyəm. Bu gün gözlədiyim təbrik yoxdur, fikrimcə, hamı zəng edib təbrik edəcək. 25 yaşında ad günümdə xüsusi təbriklər gözləyirdim”.

Yaşar Nuri bu yaşda özünü çox yaxşı hiss etdiyini və özünə can sağlığı arzuladığını bildirib. Xalq artisti Hamlet və Romeo obrazlarını oynamaq gücündə olduğunu da vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR