Bank Of Baku

Leyla İsmayılova “Eurovosion-2010” uşaq musiqi müsabiqəsinin aparıcısı olacaq

Leyla İsmayılova “Eurovosion-2010” uşaq musiqi müsabiqəsinin aparıcısı olacaq
# 07 sentyabr 2010 11:39 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Belarusun paytaxtı Minsk şəhərində keçiriləcək “Eurovision-2010” uşaq müsabiqəsinə azərbaycanlı model, Belarus Dövlət Universitetinin Jurnalistika İnstitutunun tələbəsi Leyla İsmayılova və tanınmış teleaparıcı Denis Kuryan aparıcılıq edəcəklər. APA-nın Belarus mətbuatına istinadən verdiyi məlumata görə, aparıcılıq uğrunda 100-ə yaxın namizəd mübarizə aparıb.

Seçim barədə Leylaya anası məlumat verib, o da Yunanıstandakı işlərini ataraq populyar mahnı yarışmasında aparıcı rolunda özünü sınamaq üçün Minskə qayıdıb: “Uşaq dünyasının bir hissəsinə çevrilmək mənə böyük zövq verir. Bir faydam olacaqsa, bunu etməyə çox şad olaram”.

Qeyd edək ki, noyabrın 20-də “Minsk Arena”da keçiriləcək final yarışmasına 14 ölkədən 10-15 yaşında gənc istedadlar qatılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR