Bank Of Baku

Müslüm Maqomayev adına ilk beynəlxalq müsabiqə keçiriləcək

Müslüm Maqomayev adına ilk beynəlxalq müsabiqə keçiriləcək
# 08 sentyabr 2010 13:00 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Oktyabrın 23-24-də Rusiyanın paytaxtı Moskvada Müslüm Maqomayev adına ilk beynəlxalq müsabiqə keçiriləcək. APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu M. Maqomayevin xanımı Tamara Sinyavskaya deyib. O, M. Maqomayevin həm opera, həm də estrada kralı olduğunu söyləyib: “Mən bunu tam obyektiv deyirəm. Müsabiqə çətin olacaq, çünki həm opera, həm də estrada səsinə malik olan insanı tapmaq çox çətindir”.

Müsabiqə iki mərhələdə keçiriləcək – öncə opera, sonra estrada janrında. Yaşı 40-dan yuxarı, xüsusi musiqi təhsili olan professional ifaçılar öz opera və estrada repertuarlarını təqdim etməlidir. Müsabiqə proqramına M. Maqomayevin ifa etdiyi əsərlər daxil ediləcək.

T. Sinyavskayanın rəhbərlik edəcəyi münsiflər heyətinə müğənnilər Yelena Obraztsova və Tamara Qverdtsiteli, maestro Yuri Başmet, bəstəkarlar Aleksey Rıbnikov və Mişel Leqran, Üzeir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli daxil olacaq.

Müsabiqənin “Qran-pri”si 30 min ABŞ dolları, birinci mükafat 15 min dollar, ikinci mükafat 10 min dollar, üçüncü mükafat 5 min dollar təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR