Bank Of Baku

Uzun fasilədən sonra İtaliya yenidən “Eurovision” yarışmasına qayıtmaq istəyir

Uzun fasilədən sonra İtaliya yenidən “Eurovision” yarışmasına qayıtmaq istəyir
# 09 sentyabr 2010 11:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Uzun fasilədən sonra İtaliya yenidən “Eurovision” Mahnı Müsabiqəsində iştirak etmək qərarına gəlib. APA-nın xarici internet saytlarına istinadən yaydığı məlumata görə, İtaliya növbəti il Almaniyada keçiriləcək “Eurovision-2011” yarışmasında iştirakçı ölkələr sırasına qatılmaq niyyətindədir. Yerli mətbuatda yayılan xəbərlərə görə, “Eurovision-2011” müsabiqəsində ölkəni məşhur “X-Faktor” yarışmasının qalibi təmsil edə bilər.
Norveçin paytaxtı Osloda keçirilən “Eurovision-2010” yarışması zamanı müsabiqənin icraçı direktoru Svante Stokselius İtaliyanı bu yarışmaya qayıtmasını arzuladığını dilə gətirib.

Qeyd edək ki İtaliya “Eurovision” yarışmasında sonuncu dəfə 1997-ci ildə iştirak edib və dördüncülük qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR