Bank Of Baku

“Bakı gecələri-2010” Estrada Mahnı Festivalının açılış konserti - FOTOSESSİYA

“Bakı gecələri-2010”  Estrada Mahnı Festivalının açılış konserti - <font color=red>FOTOSESSİYA</font>
# 13 sentyabr 2010 15:18 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Azərbaycan Dövlət Musiqili Komediya Teatrında “Bakı gecələri – 2010” Estrada Mahnı Festivalının açılış konserti keçirilib. APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi və Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə keçirilən festivalın məqsədi mahnı müəlliflərinin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, estrada ifaçılarını dəstəkləmək, Azərbaycanı beynəlxalq müsabiqələrdə layiqincə təmsil edəcək estrada ifaçılarını yetişdirmək və estrada mahnı janrını inkişaf etdirməkdir.
Üç konsert proqramından ibarət olan “Bakı gecələri – 2010” Estrada Mahnı Festivalının bu gün keçirilən ilk konsert proqramında ilkin mərhələdə təqdim olunan mahnılar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və yüksək bal toplamış əsərlər finala – 24 dekabr 2010-cu il tarixində Heydər Əliyev Sarayında keçiriləcək qala konsertə vəsiqə qazanacaqlar. Finalda səslənən mahnılar müxtəlif nominasiyalar üzrə mükafatlar uğrunda mübarizə aparacaqlar. Qala-konsertdə iştirak edən müğənnilər “Bakı Gecələri Estrada Mahnı Festivalının Laureatı” adına layiq görüləcəklər. İlk konsert proqramında əməkdar artistlər Mətanət İsgəndərli, Səməd Səmədov, sənətçilər Yeganə Mürsəlova, Nadir Qafarzadə, Aslan, Rüstəm Zeynallının rəhbərlik etdiyi “Şeron” qrupu və başqaları çıxış ediblər. Festivalda Yeganə Mürsəlovadan başqa bütün müğənnilər ifalarını fonoqramla həyata keçiriblər.

Xatırladaq ki, 2008-ci ildən etibarən hər il keçirilən “Bakı Gecələri” Estrada Mahnı Festivalında tamaşaçılar müxtəlif nominasiyalar üzrə qalibləri «online» səsvermə yolu ilə müəyyən etmək şansını əldə ediblər.

Qeyd edək ki, səsverməyə noyabrın 20-dən etibarən start veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR