Bank Of Baku

“Azərbaycan”da “Oskar”a namizəd göstəriləcək “Sahə” filminin premyerası keçiriləcək

“Azərbaycan”da “Oskar”a namizəd göstəriləcək “Sahə” filminin premyerası keçiriləcək
# 14 sentyabr 2010 13:10 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Sentyabrın 23-dən 29-na kimi “Azərbaycan” kinoteatrında “Xarici dildə ən yaxşı film” kateqoriyasında “Oskar” mükafatına namizəd göstəriləcək “Sahə” filminin təqdimatı keçiriləcək. “Nərimanfilm” Kinostudiyasından APA-ya verilən məlumata görə, qeyd edilən tarixlərdə hər gün saat 17:00-da filmin nümayişi olacaq. Filmin media mənsubları üçün nümayişinin sentyabrın 16-da keçirilməsi planlaşdırılır.

Azərbaycan və Gürcüstanın birgə istehsalı olan “Sahə” filminin ssenari müəllifi və quruluşçu rejissor İlqar Safatdır. “Sahə” bədii filmində (“The Precinct”) məşhur fotoqrafın öz uşaqlıq dövrünə olan mistik səyahətindən bəhs olunur. Filmdə baş rolları Zaza Bejaşvili (Gürcüstan), Melissa Papel (Fransa), Vaqif İbrahimoğlu (Azərbaycan) ifa ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR