Bank Of Baku

Kiprin “Eurovision-2011” müsabiqəsindəki təmsilçisi məlum olub

Kiprin “Eurovision-2011” müsabiqəsindəki təmsilçisi məlum olub
# 14 sentyabr 2010 13:47 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Gələn ilin mayında Almaniyada keçiriləcək “Eurovision -2011” Mahnı Müsabiqəsində Kipri (yunan hissəsi) təmsil edəcək müğənninin adı açıqlanıb. APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı məlumata görə, Kipri bu müsabiqədə Kristos Milordos (Christos Mylordos) adlı gənc müğənni təmsil edəcək. Onun müsabiqədə ifa edəcəyi mahnı bir müddət sonra seçiləcək.

Kiprin milli seçim müsabiqəsində 9 sənətçi iştirak edib. Kristos Milordos 11000 səs toplayaraq digər 8 rəqibini geridə qoyub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR