Bank Of Baku

“Best model of Azerbaijan-2010” yarışması mərhum biznesmen Nahid Kabakçının xatirəsinə ithaf olunacaq

“Best model of Azerbaijan-2010” yarışması mərhum biznesmen Nahid Kabakçının xatirəsinə ithaf olunacaq
# 16 sentyabr 2010 08:31 (UTC +04:00)
Bakı. Ülkər Qasımova- APA. Azərbaycanda “Best model of Azerbaijan-2010” yarışması keçiriləcək. APA-nın məlumatına görə, bu münasibətlə “Best model of the world” müsabiqənin prezidenti Erkan Özərman ötən gün Bakıya gəlib. Bu ilki müsabiqə Azərbaycanda vəfat edən biznesmen Nahid Kabakçının xatirəsinə ithaf olunacaq. Məhz Nahid Kabakçının təşəbbüsü ilə bu müsabiqə Azərbaycanda da təşkil olunmağa başlayıb. Erkan Özərmanın Bakıya səfərinin məqsədi “Best model of Azerbaijan-2010” müsabiqəsinin Azərbaycan üzrə prezidentlərini təyin etməkdir. E. Özərman artıq Azərbaycan üzrə prezidentlərin kimliyini müəyyənləşdirib və bunu ötən gün hava limanında açıqlayıb. “Best model of Azerbaijan-2010” yarışmasının prezidentlik missiyası Validə Abbasovaya və stilist Anar Ağakişiyevə həvalə edilib. Rəsmi olaraq bu məlumat isə Erkan Özərmanın iştirakı ilə bu gün keçiriləcək mətbuat konfransında açıqlanacaq. Konfransda bu günə kimi Azərbaycanın bu müsabiqə üzrə prezidentliyini həyata keçirmiş xalq artisti Aygün Kazımova, Validə Abbasova, Lyubov Qutorova və Ruhinin iştirakı nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR