Bank Of Baku

Ququş: “Yalnız İran üçün oxuyuram, ölkəmi çox sevir və çox darıxıram” – FOTO

Ququş: “Yalnız İran üçün oxuyuram, ölkəmi çox sevir və çox darıxıram” – <font color=red>FOTO </font>
# 16 sentyabr 2010 10:43 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Məşhur müğənni Ququş İstanbulda konsert proqramı ilə çıxış edib. APA-nın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, İstanbul Konqres Mərkəzində keçirilən konsertə Türkiyədə yaşayan iranlılarla yanaşı, yerli musiqisevərlər də böyük maraq göstəriblər. Ququşun Türkiyəyə səfəri Orta Asiya turnesi çərçivəsində baş tutub. Konsert boyunca özəlliklə “Ayrılıq” mahnısını ifa edən sənətçi göz yaşlarını saxlaya bilməyib. İran musiqisinin əfsanəvi sənətçisi sayılan Ququş təxminən min nəfər qarşısında çıxış edib. Konsert boyunca tamaşaçılar pərəstiş etdikləri sənətçini ayaq üstə izləyiblər. Mahnı aralarında tamaşaçılarla söhbət edən və zaman-zaman mahnılarını İran üçün söylədiyini deyib: “Yalnız İran üçün oxuyuram, ölkəmi çox sevir və çox darıxıram. Kaş ki, bütün iranlılar və bütün sevənlərim burada olardı. Kaş bu konsert İranda olaydı. Konsertimə gələ bilməyən bütün heyranlarıma sevgilərimi göndərirəm”.

Məhz Ququşun konsertində iştirak etmək məqsədi ilə İrandan Türkiyəyə gələn sənətçinin pərəstişkarı Yasəmən Vəziri müğənninin İranda çox sevildiyini dilə gətirib: “İrandan bura Ququşun konsertinə baxmaq üçün gəlib. Ququş iranlılar üçün çox dəyərlidir. Onu çox sevirik”. İlk dəfə Ququşun konsertini izləmiş Sima Günay da sənətçini Sezen Aksu, Ajda Pekkan və Madonna kimi müğənnilərlə bir sırada gördüyünü deyib.

Xatırladaq ki, Ququş 1951-ci ildə Güney Azərbaycanda anadan olub. Gənc yaşlarında böyük şöhrət qazanıb. 60-70-ci illərdə İranın ən sevilən qadın müğənnisi olub. 35 yaşında karyerasının zirvəsində olarkən İranda islam inqilabı baş verib və bir çox sənətçilər kimi Ququş da ölkəsini tərk etmək məcburiyyətində qalıb. Sənətçi hazırda ABŞ-da yaşayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR