Bank Of Baku

Avropa Yayım Birliyi “Eurovision” üçün menecer axtarır

Avropa Yayım Birliyi “Eurovision” üçün menecer axtarır
# 20 sentyabr 2010 12:49 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Avropa Yayım Birliyi (EBU) “Eurovision” mahnı müsabiqəsi üçün menecer axtarır. APA-nın müsabiqənin rəsmi saytına istinadən yaydığı məlumata görə, təşkilatın daxilindəki dəyişikliklərlə əlaqədar “Eurovision” mahnı müsabiqəsi bilavasitə EBU-nun televiziya direktoru tərəfindən idarə olunacaq. Layihənin həyata keçirilməsi üçün Avropa Yayım Birliyi layihə üzrə menecer təyin edəcək.

EBU-nun müvəqqəti televiziya direktoru Yorgen Frank (Jørgen Franck) layihə üzrə menecerin Svante Stokseliusu əvəzləyəcəyini deyib: “İlin sonuna qədər mahnı müsabiqəsinə Svante Stokselius rəhbərlik edəcək. O, səkkiz illik fəaliyyəti dövründə işinin öhdəsindən çox yaxşı gəlib. Ancaq biz axtarışa indidən başlamalı və yeni meneceri illin sonuna qədər təyin etməliyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR