Bank Of Baku

“Best model of Azerbaijan-2010”un finalçıları məlum olub – FOTOSESSİYA

“Best model of Azerbaijan-2010”un finalçıları məlum olub – <font color=red>FOTOSESSİYA </font>
# 21 sentyabr 2010 09:58 (UTC +04:00)
APA-nın məlumatına görə, müsabiqənin prezidentləri Anar Ağakişiyev və Validə Abbasova, eləcə də “Fashion model school” model agentliyinin rəhbəri Lyubov Qutorovanın iştirakı ilə qız və oğlan modellər qapalı şəraitdə seçilib. 60-dan artıq modelin qatıldığı seçimlərdə 10 qız və 10 oğlan “Best model of Azerbaijan-2010” müsabiqəsində iştirak hüququ qazanıb. Son mərhələdə bu modellərdən 2-si (biri oğlan, biri qız) Azərbaycanı “Best model of the world-2010” yarışmasında təmsil etmək hüququ əldə edəcək. Onlar qələbə uğrunda üçün 90 ölkənin modelləri ilə mübarizə aparacaqlar. Azərbaycan 10 illik təcrübəsi dövründə bu model müsabiqəsində iki dəfə birincilik, bir dəfə isə üçüncülük qazanıb.

Builki milli seçimlərdə əsas fərq ondan ibarətdir ki, seçilən 20 modeli “Best model of Azerbaijan-2010”un final konsertinə kimi heç kim görməyəcək. Finalçılar yalnız finalda ictimaiyyət qarşısına çıxacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR