Bank Of Baku

“Best model of Azerbaijan-2010” müsabiqəsinin vaxtı və yeri müəyyənləşib

“Best model of Azerbaijan-2010” müsabiqəsinin vaxtı və yeri müəyyənləşib
# 23 sentyabr 2010 10:30 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Best model of Azerbaijan-2010” müsabiqəsinin final mərhələsinin vaxtı müəyyənləşib. Təşkilatçıların APA-ya verdiyi məlumata görə, “Best model of Azerbaijan-2010”a rəhbərlik edən Anar Ağakişiyev və Validə Abbasova 22 oktyabr tarixi üzərində razılığa gəliblər. Məhz həmin gün “Hezz club & Restaurant”da Azərbaycanı “Best model of the world” yarışmasında təmsil edəcək bir oğlan və bir qız modelin kimliyi məlum olacaq. 10 qız və 10 oğlan münsiflər heyəti qarşısında öz bacarıqlarını nümayiş etdirdikdən sonra nəticə açıqlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR