Bank Of Baku

Fidan Hacıyeva İtaliya teatrlarında çıxış edəcək – FOTO

Fidan Hacıyeva İtaliya teatrlarında çıxış edəcək – <font color=red>FOTO </font>
# 24 sentyabr 2010 15:30 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, əməkdar artist Fidan Hacıyeva İtaliya teatrlarında işləmək üçün keçirilən peşəkar vokalçıların beynəlxalq müsabiqəsində birincilik qazanıb. Bununla bağlı APA-ya bu günlərdə İtaliyadan qayıdan Fidan Hacıyevanın özü məlumat verib. Solist deyib ki, müsabiqədə iştirakı İtaliyada uzunmüddətli müqavilə bağlaması ilə yekunlaşıb: “Mən çox həyəcan keçirirdim, çox tanınmış simalar və gözəl səslər iştirak edirdi. İtaliya opera teatrlarında işləmək mənim çox böyük arzum idi və məqsədimə çatdım. İtaliya opera teatrlarının imperesarioları ilə müqavilə bağladım. Müqaviləyə əsasən İtaliyada “Karmen”, “Aida” və “Trubadur” operalarında oynayacağam. İtaliyanın opera peşəkarları səsimi bəyəndilər və çox böyük potensialımın olduğunu bildirdilər. Mənim üçün dünyada böyük bir karyera quracaqlarını dedilər. Müqavilə bağladığım agentlik çox böyük bir qurumdur və onlar bütün dünya ilə əməkdaşlıq edirlər”.

F. Hacıyeva artıq hər ay İtaliyaya gedəcəyini, italyan dili və rejissorluq üzrə dərs alacağını söyləyib: “İtaliyaya ancaq tamaşaların nümayişi zamanı gedəcəyəm. Bütün xərclərimi həmin agentlik çəkəcək. Müqavilə əsasında tamaşaların nümayişinə gələn ilin yanvarında başlamağı nəzərdə tuturuq. Bu müsabiqədə uğur qazandığım üçün özümü çox xoşbəxt hiss edirəm. Mənim çox böyük arzum var ki, La Skala səhnəsində “Aida”, “Karmen” kimi operaları italyan dilində ifa edim və Azərbaycandakı dostlarım bu sevincli günümdə yanımda olsunlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR