Bank Of Baku

“Bakı Gecələri - 2010” Estrada Mahnı Festivalının ikinci konsert proqramı təqdim olunacaq

“Bakı Gecələri - 2010” Estrada Mahnı Festivalının ikinci konsert proqramı təqdim olunacaq
# 05 oktyabr 2010 15:21 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Bakı Gecələri - 2010” Estrada Mahnı Festivalının növbəti konsert proqramı təqdim olunacaq. Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, festivalın başlıca məqsədi mahnı müəlliflərinin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, estrada ifaçılarını dəstəkləmək, Azərbaycanı beynəlxalq müsabiqələrdə layiqincə təmsil edəcək estrada ifaçılarını yetişdirmək və estrada mahnı janrını inkişaf etdirməkdir. “Bakı Gecələri - 2010” Estrada Mahnı Festivalının ikinci konsert proqramı oktyabrın 11-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrında təqdim olunacaq. İkinci konsert proqramında Manana, “Kristal” qrupu, Nadir Qafarzadə, Səyyad Əlizadə, Elçin Cəfərov, Samir Dərgah, Leyla Ramazanlı, Zamiq Hüseynov, İzzət Bağırov, Vaqif Şıxəliyev, Sevinc Musayeva və başqaları iştirak edəcək. İlkin üç mərhələdə təqdim olunan mahnılar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və yüksək bal toplamış əsərlər finala, dekabrın 24-də Heydər Əliyev Sarayında keçiriləcək qala-konsertə vəsiqə qazanacaqlar.
Finalda səslənən mahnılar müxtəlif nominasiyalar üzrə mükafatlar uğrunda mübarizə aparacaqlar. Qala-konsertdə iştirak edən müğənnilər “Bakı Gecələri Estrada Mahnı Festivalının Laureatı” adına layiq görüləcəklər. Bu il tamaşaçılar müxtəlif nominasiyalar üzrə qalibləri online səsvermə yolu ilə müəyyən etmək şansını əldə edəcəklər. Səsverməyə noyabrın 20-dən etibarən start veriləcək.
“Bakı gecələri – 2010” Estrada Mahnı Festivalı Mədəniyyət və Turizm Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi və Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə keçirilir.

Xatırladaq ki, üç konsert proqramından ibarət olan “Bakı gecələri – 2010” Estrada Mahnı Festivalının birinci konsert proqramı artıq baş tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR