Bank Of Baku

Alim Qasımov və qızı Fərqanə Almaniyada konsert veriblər

Alim Qasımov və qızı Fərqanə Almaniyada konsert veriblər
# 07 oktyabr 2010 10:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın xalq artisti Alim Qasımov və qızı, əməkdar artist Fərqanə Qasımova Almaniyadan qayıdıblar. A. Qasımov APA-ya bildirib ki, qızı ilə birlikdə Almaniyanın Bohum şəhərində keçirilən beynəlxalq festivalda konsert proqramı ilə çıxış ediblər.

Dünyanın bir çox məşhur sənətçilərinin qatıldığı festivalda muğam ifaçıları “Mahur” təsnifi, “Şur” dəstgahı və bəstəkar Cahangir Cahangirovun “Durnalar” mahnısını ifa ediblər. Xanəndə deyib ki, konsert proqramı iki saata yaxın davam edib.

F. Qasımova daha bir qastrol səfərinə hazırlaşır. Bu dəfə o, ilk dəfə olaraq Alim Qasımovsuz səhnəyə çıxacaq. F. Qasımova İspaniyanın 3 şəhərində solo konsert proqramı ilə çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR