Bank Of Baku

“Eurovision-2011” müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsində münsiflər heyəti ilə yanaşı, tamaşaçılar da səs verəcək

“Eurovision-2011” müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsində münsiflər heyəti ilə yanaşı, tamaşaçılar da səs verəcək
# 11 oktyabr 2010 09:15 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın "Eurovision-2011" təmsilçisinin seçilməsində münsiflər heyəti ilə yanaşı, tamaşaçılar da səs vermək imkanı qazanacaq. Bunu APA-ya açıqlamasında Azərbaycanın “Eurovision” müsabiqəsi üzrə musiqili koordinatoru Zəhra Bədəlbəyli deyib. Onun sözlərinə görə, budəfəki milli seçimlər keçən ilki seçimlərdən koordinal dəyişikliyi ilə fərqlənəcək. Belə ki, bu seçimlərdə münsiflərin rəyi ilə bərabər tamaşaçıların da səsi rol oyanacaq və “Eurovision-2011” müsabiqəsindəki təmsilçimiz 50x50 prinsipi ilə seçiləcək. Z. Bədəlbəyli deyib ki, “Eurovision-2011” təmsilçisinin seçilməsi ilə bağlı artıq start götürən milli seçimlərdə iştirak etmək arzusunda olanların sayı artıb: “Seçimlər elan olunandan təxminən 40-a yaxın sənətçi mənə müraciət edib. Bu təkcə mənə müraciət edənlərin sayıdır. Ötən illərlə müqayisədə bu il müğənnilərin sayı daha artıqdır. Ən layiqlisi Azərbaycanı “Eurovision-2011” müsabiqəsində təmsil edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR