Bank Of Baku

“Bakı Gecələri - 2010” Estrada Mahnı Festivalının ikinci konsert proqramı təqdim olunub

“Bakı Gecələri - 2010” Estrada Mahnı Festivalının ikinci konsert proqramı təqdim olunub
# 11 oktyabr 2010 14:28 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Bakı Gecələri - 2010” Estrada Mahnı Festivalının növbəti konsert proqramı təqdim olunub. APA-nın məlumatına görə, mahnı festivalının bu gün Azərbaycan Dövlət Musiqili Komediya Teatrında təqdim olunan ikinci konsert proqramında Manana, “Kristal” qrupu, Nadir Qafarzadə, Səyyad Əlizadə, Elçin Cəfərov, Samir Dərgah, Leyla Ramazanlı, Zamiq Hüseynov, İzzət Bağırov, Vaqif Şıxəliyev, Sevinc Musayeva və başqaları çıxış ediblər.
İlkin üç mərhələdə təqdim olunan mahnılar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və yüksək bal toplamış əsərlər finala, dekabrın 24-də Heydər Əliyev Sarayında keçiriləcək qala-konsertə vəsiqə qazanacaqlar. Finalda səslənən mahnılar müxtəlif nominasiyalar üzrə mükafatlar uğrunda mübarizə aparacaqlar. Qala-konsertdə iştirak edən müğənnilər “Bakı Gecələri Estrada Mahnı Festivalının Laureatı” adına layiq görüləcəklər. Bu il tamaşaçılar müxtəlif nominasiyalar üzrə qalibləri online səsvermə yolu ilə müəyyən etmək şansını əldə edəcəklər. Səsverməyə noyabrın 20-dən etibarən start veriləcək.
“Bakı gecələri – 2010” Estrada Mahnı Festivalı Mədəniyyət və Turizm Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi və Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə keçirilir.

Xatırladaq ki, üç konsert proqramından ibarət olan “Bakı gecələri – 2010” Estrada Mahnı Festivalının artıq iki konsert proqramı baş tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR