Bank Of Baku

“Eurovision-2011” mahnı müsabiqəsi Düsseldorf şəhərindəki “Fortuna Arena”da keçiriləcək – FOTOSESSİYA

“Eurovision-2011” mahnı müsabiqəsi Düsseldorf şəhərindəki “Fortuna Arena”da keçiriləcək – <font color=red>FOTOSESSİYA </font>
# 13 oktyabr 2010 09:32 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Eurovision-2011” Mahnı Müsabiqəsinin Almaniyanın Düsseldorf şəhərində keçiriləcəyi rəsmən təsdiqlənib. “Eurovision” müsabiqəsinin təşkilatçısı Avropa Yayım Birliyinin (EBU) mətbuat xidmətindən APA-ya göndərilən məlumatda artıq müsabiqənin keçiriləcəyi arenanın da müəyyənləşdiyi bildirilib. Müsabiqə Düsseldorfdakı “Fortuna Arena”da keçiriləcək. Bu arenanın 54 400 tamaşaçı tutumu var. Ancaq müsabiqə üçün səhnə və lazımi texniki avadanlıqlar quraşdırıldıqdan sonra 24 400 tamaşaçı üçün yer qalacaq. Mayın 10-da və 12-də yarımfinal, 14-də isə final konsertini 24 400 tamaşaçı canlı izləmək imkanı qazanacaq.

“Fortuna Arena” Düsseldorf beynəlxalq hava limanından 5 kilometr aralıda yerləşir. “Eurovision-2011” müsabiqəsinin əsas məşqlərinə mayın 1-dən başlanılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR