Bank Of Baku

“Best model of Azerbaijan-2010” müsabiqəsinin münsiflər heyəti açıqlanıb - FOTO

“Best model of Azerbaijan-2010” müsabiqəsinin münsiflər heyəti açıqlanıb - <font color=red>FOTO</font>
# 13 oktyabr 2010 12:20 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Oktyabrın 22-də Bakıda Nahid Kabakçının xatirəsinə ithaf olunan “Best model of Azerbaijan-2010” müsabiqəsinin final şousu baş tutacaq. Bu ilki yarışmanın prezidentlərindən biri stilist Anar Ağakişiyev APA-ya açıqlamasında bildirib ki, müsabiqənin hazırlıq prosesi yüksək səviyyədə davam edir. Onun sözlərinə görə, budəfəki “Best model of Azerbaijan” “Best model of the world” səviyyəsində keçəcək. Builki müsabiqənin iki prezidentinin olduğunu xatırladan A. Ağakişiyev bunları deyib: “Digər prezident Validə Abbasovanın ətrafında olan insanlar orda-burda hallandırırlar ki, guya prezident yalnız odur və ya mən onun yanında ancaq köməkçiyəm. Xeyr, bu heç də belə deyil. Bu il prezidentliyə iki namizəd təsdiqlənib. İlk təklif də mənə gəlib. Erkan Özərman bu müsabiqədə mənim öndə gedəcəyimi dedi. Mən isə bu işi tək bacarmayacağımı bildirib Validə Abbasovanı da təklif etdim”.
Müsabiqə prezidenti nəticənin şəffaf olacağından əmindir: “Müsabiqədə hər şey yazılı olacaq. Burada daha çox parametrlərə üstünlük veriləcək. Çünki bu bir model yarışmasıdır. Seçimlər obyektiv olacaq və layiqli iştirakçı qalib adını qazanacaq”.

A. Ağakişiyev final şousunda Fəxriyyə Xələfovanın və məşhur bir brendin kolleksiyasının nümayiş olunacağını deyib. Stilist “Best model of Azerbaijan-2010” müsabiqəsinin münsiflər heyətinin tərkibini də açıqlayıb. Münsiflər arasında Erkan Özərman, Anar Ağakişiyev, Validə Abbasova, Fəxriyyə Xələfova, Aygün Kazımova, Lyubov Qutorova, Ruhi, Türkiyədən olan dizayner Ramazo və başqaları olacaq. A. Ağakişiyev münsiflərin arasında sürpriz qonaq olacağını da vurğulayıb.

Qeyd edək ki, “Best model of Azerbaijan-2010” yarışmasının informasiya dəsti APA İnformasiya Agentliyinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR