Bank Of Baku

İlhamə Quliyeva Türkiyəyə gedib

İlhamə Quliyeva Türkiyəyə gedib
# 14 oktyabr 2010 13:14 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın xalq artisti İlhamə Quliyeva Türkiyəyə səfərə gedib. Müğənninin mətbuat katibi Faiq Ələkbərli APA-ya bildirib ki, İ. Quliyeva bir sıra görüşlər keçirəcək, televiziya kanallarının qonağı olacaq.

Səfər İstanbulun Mədəniyyət və Kültür Mərkəzinin xanımlar qurumunun dəvəti ilə həyata keçirilir. Sənətçi oktyabrın 16-da həmin qurumun təşkil etdiyi tədbirə qatılacaq. Qars, İğdır, Ərzurum və bir neçə başqa şəhərdən Azərbaycan əsilli türkiyəli xanımların da dəvət olunduğu gecə İlhamə Quliyeva həsr olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR