Bank Of Baku

İosif Kobzon Astanada prezident klinikasına yerləşdirilib

İosif Kobzon Astanada prezident klinikasına yerləşdirilib
# 18 oktyabr 2010 08:50 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Rusiyanın xalq artisti, tanınmış müğənni İosif Kobzon Qazaxıstanın paytaxtı Astanada prezident klinikasına yerləşdirilib. APA-nın “RİA Novosti”yə istinadən yaydığı xəbərə görə, Astanada keçirilən Ümumdünya Mənəvi Mədəniyyət Forumunda iştirak edən 73 yaşlı müğənni səhnədə çıxış edərkən huşunu itirib. Özünə gəldikdən sonra səhnəyə qayıtsa da, yenidən halı pisləşən sənətçi həkimlərin təkidi ilə xəstəxanaya aparılıb.

Xatırladaq ki, İosif Kobzon 2004-cü ildən xərçəngdən əziyyət çəkir və bu xəstəliklə əlaqədar ağır əməliyyat keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR