Bank Of Baku

Səfurə Əlizadə Con Lennonun 70 illik yubileyinə həsr edilmiş konsertdə çıxış edəcək

Səfurə Əlizadə Con Lennonun 70 illik yubileyinə həsr edilmiş konsertdə çıxış edəcək
# 19 oktyabr 2010 10:20 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Eurovision-2010” müsabiqəsində Azərbaycanı təmsil edən və beşincilik qazanan Səfurə Əlizadə əfsanəvi “Beatles” qrupunun solisti Con Lennonun 70 illik yubileyinə həsr edilmiş konsertdə çıxış etmək imkanı qazanıb. APA-nın müğənninin rəsmi saytına istinadən yaydığı məlumata görə, tədbirdə iştirak edəcək sənətçilər yalnız “Beatles”in repertuarından mahnılar ifa edəcəklər. Xeyriyyə tədbirinin biletləri “Uşaqları xilasetmə xidməti” Beynəlxalq Şirkəti tərəfindən təmənnasız hazırlanıb. Yubiley konsertinin Ukrayna ilə yanaşı, bir çox ölkənin telekanallarında işıqlandırılacağı gözlənilir. Azərbaycandan yalnız Səfurə Əlizadə sözügedən səhnədə çıxış etmək imkanı əldə edib. Həmin gün azərbaycanlı müğənni ilə eyni səhnədə Andrey Xlivnk ("Bumboks"), Skryabin, Jamala, Faqot (TNMK), Alyoşa, Vane Dorn, İvan Rozin (“Gouache”), Polonskiy, Gorçitsa, “Unity” kimi tanınmış qrup və müğənnilər də çıxış edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR