“Eurovision-2011”-də Azərbaycan təmsilçisini müəyyənləşdirmək üçün milli seçimlərə 120-yə yaxın müraciət olub
Departament müdirinin sözlərinə görə, şifahi müsahibədən sonra milli seçimlərdə 90 nəfər qalıb: “İlkin olaraq 90 nəfər seçmişik. Milli seçimlərdə iştirak edənlər arasında 15-ə yaxın tanınmış müğənni var. Bundan başqa, xaricdə yaşayan azərbaycanlı müğənnilər, eyni zamanda başqa millətlərin nümayəndələri də müraciət edib. Seçimlərdə iştirak etmək üçün Rusiya, Avropa ölkələrindən də müraciətlər almışıq”.
N. Abdullayevin sözlərinə görə, “Eurovision-2011” müsabiqəsində Azərbaycan təmsilçisinin seçim prosesində müəyyən dəyişikliklər edilib: “ Təmsilçimizi həm sms, həm də peşəkar münsiflər heyətinin rəyi əsasında seçmək qərarına gəldik. Efir nümayişinə başlamazdan öncə isə 90 nəfər arasında bir dəfə də kastinq həyata keçirəcəyik. İlkin baxış olacaq, yalnız bundan sonra milli seçimin ilk mərhələsinə nə qədər sənətçi buraxıldığı müəyyənləşəcək”. Milli seçimlərin iki mərhələdə keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdıran N. Abdullayev bildirib ki, ilk mərhələdə hər həftə beş gün olmaqla ilkin kastinqin nəticələrinə uyğun olaraq müsabiqədən keçənlər müxtəlif janrlarında - dünya və “Eurovision” hitlərindən, eyni zamanda Azərbaycan xalq mahnılarını tamaşaçılar və münsiflər qarşısında ifa edəcəklər: “Noyabrın ilk ongünlüyündən başlayaraq həftə içi hər gün İTV-də saat yarımlıq canlı yayımla seçimlər nümayiş olunacaq. Hər həftə seçimlərdə ayrı-ayrı 9-luq iştirak edəcək. Namizəd həftənin birinci günü dünya estradasından, ikinci gün “Eurovision” müsabiqəsinin hitlərindən, üçüncü gün Azərbaycan xalq mahnılarından nümunələr oxuyacaq, dördüncü gün özünün məxsusi mahnı və rəqsini nümayiş etdirəcək. Hər həftənin beşinci günü həmin həftə ərzində çıxış edən 7 və ya 8 iştirakçının qiymətləndirməsi, nə qədər səs yığdığı açıqlanacaq, onlardan bir nəfər növbəti mərhələyə vəsiqə qazanacaq. Beləcə, bu proses 8-9 həftə davam edəcək. Bu proses bitdikdən sonra təxminən bir ay müddətində ikinci mərhələyə vəsiqə qazanan iştirakçıların seçimi aparılacaq. Birinci mərhələyə noyabrın ilk ongünlüyündə başlanması nəzərdə tutulur. Bu proses təqribən yeni ilə qədər yekunlaşacaq. Əsas mərhələyə 8 və ya 9 iştirakçı buraxılacaq ki, onların da arasından bir nəfər fevralın 2-də - Gənclər Günü ərəfəsində təmsilçi seçiləcək”.
N. Abdullayev milli seçimlərdə final konsertinin keçirilib-keçirilməyəcəyinin hələ ki, dəqiqləşmədiyini vurğulayıb: “Bu prosesdən ilk dəfədir, istifadə edirik, müəyyən təcrübə lazımdır. Təmsilçimiz həm “Eurovision”un prinsiplərinə uyğun gəlməli, eyni zamanda nəticə əlavə söz-söhbətlər yaratmamalıdır. Milli münsiflər heyətinin tərkibində xeyli dəyişiklik olacağı gözlənilir. Münsiflər heyəti üç ay müddətində “Eurovision” təmsilçimizi seçməklə məşğul olacaq. Bu səbəbdən də onların buna zamanı olmalıdır. Münsiflər heyəti kürsüsündə kifayət qədər mötəbər insanlar əyləşəcək”.
Onun sözlərinə görə, milli seçimlərdə tamaşaçı və münsif səsverməsi iki mərhələyə də aid olacaq: “Milli seçimlərdə Azərbaycanın tanınmış müğənnilərin övladları da iştirak edir. Lakin seçimlərlə onların kimin övladı olmasına deyil, bacarıqlarına önəm veriləcək”.
Şou-biznes
Xəbər Lenti
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib