Bank Of Baku

Jan- Klod Vandam xəstəxanaya yerləşdirilib

Jan- Klod Vandam xəstəxanaya yerləşdirilib
# 20 oktyabr 2010 09:31 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Çəkiliş meydanında Hollivud ulduzu Jan-Klod Vandamın səhhətində problem yaranıb və bu səbəbdən “Silah” filminin çəkilişi dayandırılıb. APA-nın MTV kanalına istinadən yaydığı məlumata görə, mənbələr ürəktutmanın qısamüddətli olmasına baxmayaraq, aktyorun Yeni Orlian şəhərinin xəstəxanasına yerləşdirildiyini bildirir. 50 yaşlı Vandam hazırda özünü yaxşı hiss edir. Aktyor Belçikada özünə məxsus malikanəsindədir və orqanizmini bərpa etmək üçün istirahət edir.

Qeyd edək ki, “Silah” filmi iki bir-birinə düşmən olan killer arasında baş verən hadisələrdən bəhs edir. Onlar narkokartelə qalib gəlmək üçün qüvvələrini birləşdirməyə məcburdurlar. Filmdə Vandam soyuq silah üzrə mütəxəssis olan qatili canlandırır. Onun tərəf-müqabili rolunu aktyor Vinni Cons oynamalı idi. Lakin o bu filmdən imtina edib və bu rola Skott Edkins dəvət olunub. Filmin rejissoru “Kub Zero” və “Kub 2” filmlərinin müəllifi olan Erni Barbaraşdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR