Bank Of Baku

Bakıda Britaniyanın məşhur “Shakatak” caz qrupunun konserti keçirilib

Bakıda Britaniyanın məşhur “Shakatak” caz qrupunun konserti keçirilib
# 21 oktyabr 2010 08:14 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Oktyabrın 20-də Heydər Əliyev Sarayında Bakıda keçirilən Beynəlxalq Caz Festivalı çərçivəsində Britaniyanın məşhur “Şhakatak” caz-fank qrupunun konserti olub. APA-nın məlumatına görə, qrup üzvləri yenidən Azərbaycanda olmalarından və bu səhnədə çıxış etmələrindən məmnunluqlarını dilə gətiriblər.

İki saata yaxın davam edən konsert şən əhval-ruhiyyədə baş tutub. Cazsevərlər uzun fasilədən sonra yenidən “Shakatak” qrupunun ifasında əfsanəvi caz kompozisiyalarını dinləmək imkanı əldə ediblər. Konsert boyunca Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə alınan yeni Led ekranlardan istifadə olunub.

Qeyd edək ki, “Shakatak” caz-fank qrupu 1980-ci ildə Londonda yaranıb. Qrupun Bakı səhnəsində ilk çıxışı 1997-ci ildə olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR