Bank Of Baku

Sabah Azərbaycanı “Best model of the world-2010” yarışmasında təmsil edəcək modellər məlum olacaq

Sabah Azərbaycanı “Best model of the world-2010” yarışmasında təmsil edəcək modellər məlum olacaq
# 21 oktyabr 2010 15:28 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Sabah Bakıdakı “Hezz club & restaurant”da “Best model of Azerbaijan-2010” müsabiqəsi keçiriləcək. APA-nın məlumatına görə, gecədə Azərbaycanı bu ilin dekabrında İstanbulda keçiriləcək “Best model of the world” yarışmasında təmsil edəcək modellərin kimliyi məlum olacaq. Xüsusi seçimlər zamanı finala vəsiqə qazanan 10 qız və 10 oğlan model sabah bu səhnədə münsiflər heyəti qarşısında öz bacarıqlarını göstərəcəklər.

Türkiyəli sənətçi Ebru Polat müsabiqədə iştirak etmək məqsədilə Bakıya təşrif buyurub. Müğənnini hava limanında münsifi olduğu “Best Model of Azerbaijan-2010” yarışmasının nümayəndə heyətinin üzvləri qarşılayıb. Müsabiqənin prezidenti Anar Ağakişiyev bildirib ki, finalın hazırlıq işləri yüksək sürətlə davam edir. Onun sözlərinə görə, tamaşaçılar final gecəsi maraqlı şou izləyəcək.

Stilist Anar Ağakişiyev və Validə Abbasovanın prezidentliyi ilə həyata keçirilən “Best model of Azerbaijan-2010” yarışmasının münsiflər kürsüsündə əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova, “Best model of the world” yarışmasının prezidenti Ərkan Özərman, “Fashion Model Shcool” model məktəbinin prezidenti Luybov Kutorova, türkiyəli müğənni Ebru Polat, “Ok Azərbaycan”ın baş redaktoru Könül Hacıyeva, Azərbaycan Fotoqraflar Birliyinin rəhbəri Asiyat Fətullayeva, müğənnilər Elnur Hüseynov, Röya, “Best model of the world” yarışmasının koordinatoru, məşhur dizayner Ramazzo, Zəhra Bədəlbəyli, eləcə də prezidentlər Validə Abbasova və Anar Ağakişiyev əyləşəcək.

Gecədə xalq artisti Aygün Kazımova, müğənni Röya, “Eurovision-2010” yarışmasında Azərbaycan təmsilçisinin seçilməsi üçün keçirilən milli seçimlərdə iştirak edən Elle, Ebru Polat, azərbaycanlı müğənnilər Samir Bağırov, Elnur Hüseynovun ifası, dj Rem və dj Mansurun çıxışları nəzərdə tutulur. Eyni zamanda modelyer Fəxriyyə Xələfovanın və dizayner Ramazzonin geyimlərinin nümayişinin təşkili planlaşdırılır.

Qeyd edək ki, “Best model of Azerbaijan-2010” yarışmasına informasiya dəstəyi verən KİV-lər arasında APA informasiya agentliyi və “Vesti.az” xəbər portalı da var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR