Bank Of Baku

Azərbaycanda səfərdə olan “Best model of the world” yarışmasının prezidenti Ərkan Özərman xəstəxanaya yerləşdirilib

Azərbaycanda səfərdə olan “Best model of the world” yarışmasının prezidenti Ərkan Özərman xəstəxanaya yerləşdirilib
# 21 oktyabr 2010 15:45 (UTC +04:00)
O, hava limanında özünü pis edib, kəskin ağrıları olduğunu bildirib. Ərkan Özərman Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxananın baş həkim müavini Adil Salahov APA-ya bildirib ki, Ə. Özərman səhər saatlarında kəskin mədə və qarın ağrıları ilə xəstəxanaya gətirilib: “Ərkan Özərman şəkərli diabet xəstəsidir. Eyni zamanda mədəsində problemlər var. Görünür, uçuş zamanı narahatçılıq yaşayıb. Hazırda reanimasiyada nəzarət altındadır. Vəziyyəti yaxşı hesab olunur. Bu gün Ərkan Özərman xəstəxanada qalacaq. Sabah özünü yaxşı hiss etsə, buraxılacaq”.

Qeyd edək ki, Ərkan Özərmanın Bakıya səfərinin məqsədi sabah keçirilməsi nəzərdə tutulan “Best model of Azerbaijan-2010” yarışmasında iştirak etməkdir. Yarışma prezidentinin sabah final şousuna qatılıb-qatılmayacağı sual altındadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR