Bank Of Baku

Ötən gün səhhətində problemlər yarandığı üçün xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Ərkan Özərmanın vəziyyəti yaxşılaşıb

Ötən gün səhhətində problemlər yarandığı üçün xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Ərkan Özərmanın vəziyyəti yaxşılaşıb
# 22 oktyabr 2010 09:14 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Oktyabrın 21-də kəskin ağrılarla Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilən “Best model of the world” yarışmasının prezidenti Ərkan Özərmanın vəziyyəti yaxşılaşıb. Xəstəxananın baş həkim müavini Adil Salahov APA-ya bildirib ki, Ərkan Özerman bu gün xəstəxanadan çıxacaq: “Ərkan bəy özünü normal hiss edir. Hazırda palataya köçürülür. çox güman ki, bir neçə saatdan sonra xəstəxanadan çıxarılacaq”. A. Salahov türkiyəli qonağın bu axşam keçiriləcək tədbirdə iştirakını mümkün hesab etdiyini də qeyd edib.

Xatırladaq ki, ötən gün səhər saatlarında Azərbaycana gələn Ə. Özerman kəskin ağrılarla Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR