Bank Of Baku

Kliniki Tibbi Mərkəzin baş həkiminin müavini: “Ərkan Özərmanın ““Best model of Azerbaijan-2010” müsabiqəsinin final şousunda iştirakına icazə vermədik”

Kliniki Tibbi Mərkəzin baş həkiminin müavini: “Ərkan Özərmanın ““Best model of Azerbaijan-2010” müsabiqəsinin final şousunda iştirakına icazə vermədik”
# 22 oktyabr 2010 13:27 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Ə. Özərmanın ötən gün yerləşdirildiyi Kliniki Tibbi Mərkəzin baş həkiminin müavini Adil Salahov deyib: “Ərkan Özərmanın vəziyyəti normal hesab olunur. Azərbaycana gəlməmişdən əvvəl çox qida qəbul edib və o mədəaltı vəzdən əziyyət çəkir. Elə bu onun halını pisləşdirib və belə halda təyyarəyə minib Azərbaycana gəlib. Mehmanxanada vəziyyəti daha da pisləşib və bizə müraciət ediblər. Ərkan Özərman bugünkü yarışmaya gedəcəyini dedi, ancaq mən qoymadım. Çünki bu halda onun yarışmaya qatılması mümkünsüzdür. Onun halı qəflətən pisləşə bilər”. A. Salahov qeyd edib ki, türkiyəli qonaq Ərkan Özərman bu gecə də xəstəxanada saxlanılacaq. “Best model of the world” yarışmasının prezidentinin reanimasiyada xüsusi palatada müalicəsi davam edir.

Xatırladaq ki, ötən gün səhər saatlarında Azərbaycana gələn yarışma prezidenti kəskin ağrılarla Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib və səhhətinin yaxşılaşması üçün lazımi tibbi yardım göstərilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR