Bank Of Baku

“Best model of Azerbaijan-2010”un qalibi: “Azərbaycanı “Best model of the world” yarışmasında layiqincə təmsil edəcəm” - FOTO

“Best model of Azerbaijan-2010”un qalibi: “Azərbaycanı “Best model of the world” yarışmasında layiqincə təmsil edəcəm” - <font color=red>FOTO </font>
# 25 oktyabr 2010 12:40 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Azərbaycanı “Best model of the world” yarışmasında layiqincə təmsil edəcəyimə söz verirəm. Ancaq mən qalibiyyətimin bu cür qarşılanacağını bilmirdim. Əgər bu cür olacağını bilsəydim, heç bur yarışmaya qatılmazdım”. Bu sözləri APA-ya açıqlamasında “Best model of Azerbaijan-2010” müsabiqəsinin qalibi, Türkiyədə fəaliyyət göstərən model Günay Musayeva deyib. Birincilik qazanan Günay Musayeva bildirib ki, qalibiyyəti pulla alması barədə deyilənlər həqiqətə uyğun deyil: “Mən bu iddiaları eşidəndə güldüm. Çünki elə məbləğ deyilir ki, bu sadəcə, gülüncdür. Kaş ki, o qədər pulum olaydı. Bu tacdan evdə üçü var və bura tac qazanmaq üçün gəlməmişəm. Bu mənim nəyimə lazımdır? Yetərincə tanınıram və dəfələrlə beynəlxalq müsabiqələrdə uğur qazanmışam”.
G. Musayeva, müsabiqədə qalib olacağını öncədən bilməsi barədə deyilənləri də təkzib edib: “Axı müsabiqənin nəticəsini öncədən necə bilmək olar? Doğrudur, mən öz peşəkarlığıma güvənirəm, amma bunu bilmək qeyri-mümkündür. Sadəcə, müsabiqədə professional model seçilirdi. Bu yarışmada öz Vətənimi təmsil etməkdən qürur duyuram və bunu şərəflə həyata keçirəcəyəm”. G. Musayeva onun qələbə çalmasının “Best model of Azerbaijan-2010”nun prezidentlərindən biri Validə Abbasovaya çox pis təsir etdiyini də açıqlayıb: “Mən onun haqqında danışmaq belə istəmirəm. Onun istədiyi olmadı deyə bu cür hərəkətlər etmək yaraşmazdə”.

“Best model of Azerbaijan-2010”un oğlan qalibi Anar Atakişiyev də Azərbaycanı beynəlxalq model müsabiqəsində layiqincə təmsil edəcəyini deyib: “Əlimdən gələni edəcəyəm. Ancaq nəticənin necə olacağını deyə bilmərəm. İddialıyam və fikrimcə, özünə güvənən hər bir model iddialı olmalıdır. Qismətimə nə yazılıbsa, o da olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR