Bank Of Baku

Türkiyənin məşhur müğənnisi Güldən Qaraböcək Bakıda konsert verəcək - FOTO

Türkiyənin məşhur müğənnisi Güldən Qaraböcək Bakıda konsert verəcək - <font color=red>FOTO</font>
# 01 noyabr 2010 13:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Türkiyənin məşhur müğənnisi, 80-ci illərdə “Azərbaycan” mahnısının ifaçısı kimi tanınan Güldən Qaraböcək Bakının Heydər Əliyev Sarayında konsert verəcək. Konsert “Kainat Production” və Türkiyənin “Star Media” şirkətinin birgə təşkilatçılığı ilə keçiriləcək. “Star Media”nın baş prodüseri Yasin Seyidli APA-ya bildirib ki, türkiyəli sənətçinin Azərbaycan səhnəsində çıxışı noyabrın 13-də olacaq. Həmin gün xalq artisti Nisə Qasımova qonaq sənətçi ilə eyni səhnəni bölüşəcək. Azərbaycan və Türkiyə müğənnilərinin ifasında maraqlı proqramın təşkili nəzərdə tutulur. Proqram çərçivəsində Nisə Qasımova ilə Güldən Qaraböcəyin duet ifa edəcəkləri də gözlənilir.

Y. Seyidlinin sözlərinə görə, G. Qaraböcək iki gün Bakının qonağı olacaq. O, Azərbaycanda konsertinin təşkili üçün heç bir xüsusi tələb irəli sürməyib. Biletlərin qiyməti 31-40 manat arasındadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR