Bank Of Baku

Çarli Çaplinin nəvəsi Azərbaycana gəlib – FOTO

Çarli Çaplinin nəvəsi Azərbaycana gəlib – <font color=red>FOTO </font>
# 11 noyabr 2010 11:14 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Çarli Çaplinin nəvəsi olmaq çox böyük şərəf və şansdır. Mən bununla qürur duyuram. Ancaq çox təəssüf ki, babam mən kiçik yaşda olarkən dünyasını dəyişib. Yəni onunla bağlı xatirələrim yoxdur, siz necə xatırlayırsınızsa, mən də elə”. APA-nın məlumatına bunu Azərbaycanda səfərdə olan məşhur aktyorun nəvəsi Aureliya Tyere jurnalistlərlə görüşündə deyib. Teatr sahəsində 7 ildir fəaliyyət göstərdiyini söyləyən A. Tyere Ç. Çaplinin nəvəsi olmasına baxmayaraq, bu işin ona heç də asanlıqla başa gəlmədiyini vurğulayıb: “Bəli, mən dünya şöhrətli Çarli Çaplinin nəvəsiyəm. Bəlkə də sənətdə ilk addımlarımda bu faktorun hansısa üstünlükləri olub, ancaq səhnədə buna yol vermək olmaz. Hər kimin nəvəsi və ya qızı olursansa ol, səhnədə sənət nümayiş etdirməlisən. Səhnədə pərdələr açılandan sonra bütün bunlar unudulur, mən özüm oluram və tamaşaçılarıma yüksək sənət nümayiş etdirməyə var gücümlə çalışıram”.

A. Tyere Azərbaycana gəlməkdən sevindiyini və Bakını ilk baxışdan sevdiyini bildirib. O, modern üslubda yeni sirk janrına üstünlük verdiyini və fəaliyyətini də bu janrda davam etdirdiyini diqqətə çatdırıb.

Qonağın Azərbaycana səfərinin məqsədi noyabrın 12-dən 14-dək Bakıda keçiriləcək Beynəlxalq Çexov Festivalının “İpək yolu” layihəsində çıxış etməkdir. A. Tyere üç gün Bakının qonağı olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR